Marketinq üzrə mütəxəssis

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • İllik marketinq planını hazırlamaq və ona uyğun işlərini qurmaq;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər vermək;
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil etmək;
  • Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək onlara nəzarət etmək və təhlilini aparmaq;
  • Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim etmək;
  • Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimlər aparmaq;
  • İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil etmək;
  • Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq.

Tələblər:

  • Ali təhsil, Marketing ixtisası üzrə bakalavr dərəcəsi üstünlükdür;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
  • Azərbaycan və İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları, Rus dili biliyi üstünlükdür;
  • MS Office proqramları və 1C (ERP) üzrə  biliklərə sahib olmaq;
  • Əla ünsiyyət və komanda ilə işləmə bacarıqları;
  • Biznes tələbləri ilə əlaqədar olaraq ezamiyyətlərə açıq olmaq;
  • Analitik düşünmə qabiliyyəti.

Mövzü hissəsində vəzifənin adını “Marketinq üzrə mütəxəssis”  qeyd edərək müraciətlərinizi qeyd edilmiş e-mailünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 31 Oktyabr 2024

İşəgötürənin reytinqi