Operator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kömür, nüvə yanacağı və ya təbii qaz kimi yanacaq növlərinin sərf olunduğu elektrik avadanlığına nəzarət etmək.
  • Gərginliyə və elektrik enerjisinin ötürülməsinə nəzarət etmək üçün sayğac, manometr və elektrik sxemlərə nəzər yetirmək.
  • Texnoloji problemləri aşkara çıxarmaq üçün avadanlıq və göstəriciləri yoxlamaq. 
  • Elektrik enerjisinin ötürülməsinin tənzimlənməsi üçün nəzarət panelini yoxlamaq.
  • Zəruri olduğu halda, generatorları, turbinləri və digər cihazları işə salmaq və ya fəaliyyətini dayandırmaq. 
  • Elektrik stansiyalarına və elektrik enerjisinin ofis, ev və zavodlara paylanmasının təmin edilməsi üçün onun elektrik stansiyalardan yarımstansiyalara ötürülməsinə nəzarət etmək. 
  • Reaktorun enerji yaratma miqdarına təsir edən nəzarət panelini tənzimləmək.
  • Zəruri olduğu təqdirdə, reaktorlara, generatorlara, soyutma sistemlərinə, eləcə də tənzimləyici qurğuya nəzarət etmək. Digər tərəfdən, avadanlıqları işlək vəziyyətə gətirmək və ya onların fəaliyyətini dayandırmaq və məlumatların uçotunu aparmaq. Bundan əlavə, nöqsanların aradan qaldırılması üçün səbəbi müəyyənləşdirmək və müvafiq tədbirlər görmək. 
  • Transmissiya və paylama xətlərinin şəbəkəsi üzrə konverterlərə, gərginlik transformatorlarına və avtomatik açarlara nəzarət olunmaqla, elektrik enerjisinin elektrik stansiyalarından yarımstansiyalara və istehlakçılara ötürülməsini tənzimləmək.
  • Texniki xidmətin tələb olunduğu ərazilərə elektrik enerjisinin ötürülməsi üçün kommutasiya sorğularını hazırlamaq. Eləcə də nəzarət olunan transmissiya və paylama xətlərinin şəbəkəsi üzrə elektrik təchizatının tədricən kəsilməsinə yol aça bilən transformator və ya transmissiya xətlərindəki xətalar kimi fövqəladə halları araşdırmaq və onların qarşısını almaq üçün müvafiq tədbirlər görmək. 

Namizədə olan tələblər:

  • Bu sahə üzrə minimum 1-2 il iş təcrübəsinə malik olmaq;
  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
  • Azərbaycan yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq, İngilis dilini bilənlərə üstünlük verilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Operator” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 25.10.2024-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 

Courtyard by Marriott Baku tərəfindən digər vakansiyalar