Tur meneceri (xanım)

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması 
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması 
  • Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması 
  • Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması 
  • Mövsimə və tələbə uyğun turların hazırlanması və reklam bölməsinə ötürülməsi 
  • Aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər: 

  • Tur menecer kimi turizm sahəsində ən azı  3 il iş təcrübəsinə malik olan xanım namizəd tələb olunur.
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir) 
  • Kompüterdə işləmək bacarığı   (MS Office programları, İnternet, MS Outlook,  və s.)
  • Beynəlxalq bronlama sistemlərində işləmək bacarığı;
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq 
  • Yüksək ünsiyyət qurma bacarığına malik olmaq 
  • Məsuliyyətli və diqqətli olmaq 
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq

İş şəraiti:

  • İş saatları: 10:00–19:00;   Şənbə günü: 10:00-16:00 
  • İstirahət günü - Bazar günü 

Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyən ediləcək  + satışdan komissiya veriləcək. 

CV-lərinizi "Tur menecer" başlığı altında [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.  Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.