Problemli kreditlər üzrə mütəxəssis (Xanım)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Problemli kredit portfellərinə nəzarət etmək;
  • Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
  • Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
  • Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
  • Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
  • Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəlikləri həyata keçirmək.

Tələblər:

  • 21- 35 yaş aralığı;
  • Problemli kreditlər və kredit sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
  • Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı; 
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti.
  • Ali yaxud orta təhsil
  • Xüsusi qeyd: Tələbələrin (hal-hazırda təhsil alan) müraciəti qəbul edilməyəcək. Yalnız qeyd olunan sahə üzrə iş təcrübəsi olanların müraciət etməsi xahiş olunur.

İş şəraiti:

  • İş günləri: 6 gün/1 gün istirahət günü;
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 500 AZN+bonus

Qeyd olunan tələblərə uyğun namizədlər [email protected]  e-mail ünvanına “Problemli kreditlər üzrə mütəxəssis (Xanım)” başlığı ilə CV-ni göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.