Fəhlə

İşin təsviri

Vəzifə öhdəlikləri(Logistika)

  • Sifarişlər əsasında nəqliyyat vasitələrinin vaxtında yüklənməsini təmin etmək;
  • Zavodun ərazisinə daxil olan nəqliyyat vasitələrinin vaxtında boşaldılıb (xammal və s.) anbara yığılmasını təmin etmək;
  • Anbarda olan məhsulların sayım prosesinin aparılmasında iştirak etmək;
  • Anbarda olan malların inventarizasiyasında iştirak etmək;

Vəzifə öhdəlikləri(İstehsalat)

  • Xammal, yarımfabrikat və hazır məhsulların təyin olunan yerlərə daşınmasını təmin etmək
  • İstehsalat proseslərində istifadə olunan materialların anbarlardan istehsalat sahəsinə çatdırılması
  • Məhsulun son emalı sonrası təyinat yerlərinə aparılması və ya anbarda düzgün şəkildə yerləşdirilməsi
  • İstehsalat avadanlıqlarının, maşın və mexanizmlərin işdən sonra təmizlənməsi və işə hazır vəziyyətdə saxlanması.
  • Avadanlıqların işə başlamazdan əvvəl və sonra yoxlanılması və zəruri hallarda onların təmizlənməsi.

Tələblər:

  • Fiziki cəhətdən sağlam olmalı;
  • Kollektivdə komanda şəklində işləmə bacarığı;
  • Nizam-intizamlı, məsuliyyətli.

İş şəraiti:

  • 6 günlük(logistika) və növbəli(istehsalat)
  • Şirkət tərəfindən naharla təmin edilmə
  • Sınaq müddətindən sonra özəl tibbi sığorta
  • Əmək haqqı-600 Azn 

İş yeri: Xırdalan(Binəqədi yolu) və Sumqayıt(Kimya Sənaye Parkı) şəhəri.