Tədbir yerinin Texnoloji Rəhbəri (TTR)

İşin təsviri

Tədbir yerinin Texnoloji Rəhbəri (TTR)

Əsas öhdəliklər  

Oyunların əməliyyat mərhələləri zamanı müəyyən ediləcək.
Planlaşdırma və işin icrası mərhələlərində:
• Sahə Rəhbəri ilə səmərəli iş münasibətləri yaratmaq, Texnologiya ilə bağlı sxemlərin və digər tikinti materiallarının göstərildiyi və qrafikləşdirildiyi kimi təchiz edilməsini təmin etmək.
• Tələb olunan texnoloji sahələrə dair ətraflı anlayışın olmasını,  planlaşdırılmasını və təqdim edilməsini təmin etmək.
• Tədbir yeri ilə bağlı irəli sürdükləri tələblərin başa düşüldüyünü və layihə çərçivəsində yerinə yetirildiyini göstərmək üçün digər funksiyalarla əlaqə yaratmaq, tədbir yerlərinin vaxtında və müxtəlif sifarişçilərin ən yaxşı tələblərinə uyğun quraşdırılması və istismara verilməsi üçün texnoloji məhsul və xidmətlər haqda ətraflı məlumatları işləyib hazırlamaq.
• Tədbir yerinin təhvil və istismara verilməsi məqsədilə ətraflı planın işlənib hazırlanması üçün tədbir yerinin rəhbərliyi və texnoloji provayderlərlə birgə çalışmaq.
• İşin prioritetlərinin müəyyən edilməsi, təyin edilmiş tədbir yeri üzrə işlərin ümumi proqramının işlənib hazırlanması və təmin edilməsi və bununla da  bütün texnoloji işlər barədə konkret və kompleks rəyin formalaşması.
• Tədbir yerində və ya layihə planında hər hansı problem və ya dəyişikliklə bağlı düzəldici tədbirlərin görülməsi və ya bu haqda göstəriş verilməsi.
• Risk sahələrinin müəyyən edilməsi və sizə həvalə edilmiş tədbir yerində qəza halları ilə bağlı planların işlənib hazırlanması.
• Tədbir yerinin konkret avadanlıqlar sxeminin və çertyojlarının hazırlanması və konkret Texnologiya v sifarişçinin sahələri üzrə ətraflı sahə dizaynının təqdim edilməsi.
• Sınaq və əməliyyat mərhələlərində:
• Texnoloji sistemdən razılaşdırılmış tələblərə uyğun olaraq istifadə edildiyinə və sınaqdan çıxarıldığına əmin olmaq.
• Texnologiya ilə bağlı məsələlərin tədbir yerinin rəhbər qrupu, Texnologiya provayerləri, Texnoloji Əməliyyat Mərkəzi və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etməklə həll edilməsi üçün əsas əlaqələndirici şəxs qismində çıxış etmək.

Tələb olunan  bilik, təcrübə və ixtisas 

• Müvafiq texniki sahə üzrə layihə rəhbəri və ya tədarük meneceri qismində 5+ illik iş təcrübəsi.
• Rəsmi şəkildə layihənin idarə edilməsi ilə bağlı təcrübənin olmasına üstünlük verilir.
• IT, ITC, Telco, Tikinti xidmətləri, elektrik və ya elektron mühəndisliyi, enerji, inşaat, obyektlərin idarə edilməsi və ya digər aidiyyəti sahələr üzrə ümumi bilgi (yaxud başa düşülməsi).
• Proqram təminatının işlənib hazırlanması haqda məlumat tələb olunmur.
• Normal ofis proqramlarının (MS office, MS outlook və İnternet daxil olmaqla) istifadəçisi.
• Olduqca müxtəlif ixtisaslara malik güclü komandanı yaratmaq, ona ruh vermək və rəhbərlik etmək sahəsində sübuta yetirilmiş bacarıq.
• Müxtəlif maraqlı tərəflərlə güclü münasibətin yaradılması və bu sahədə təcrübənin nümayiş etdirilməsi.
• Yüksək rəhbərlik, sifarişçi qrupları və podratçılar qarşısında bacarıq və qabiliyyəti nümayiş etdirmək.
• Qısa zaman kəsiyində olduqca böyük resurslar və infrastrukturla işləməklə bütün elementləri dərindən başa düşmək. Bunu daha yaxşı əvvəlki Oyunlarda və digər irimiqyaslı tədbirlərdə əldə edilmiş təcrübə ilə nümayiş etdirmək mümkündür.
• Güclü azarkeş olmaq və bunun,  Bakını  uğurlu Avropa Oyunları vasitəsilə beynəlxalq aləmdə tanıtmağın ən yaxşı üsulu olduğunu dərk etmək.

E-mail: [email protected]