Ərazi Nümayəndəsi

İşin təsviri

 

Ərazi Nümayəndəsi 
(vəzifənin adı)

I. Ümumi müddəalar:

1.  Ərazi nümayəndəsi mütəxəssis kateqoriyasına aiddir. 
2.  Ərazi nümayəndəsi  Ərazi supervayzerinin tabeliyində çalışır. 
3.  Ərazi nümayəndəsinin işə qəbul edilməsi və işdən azad edilməsi  mövcud qanunvericilik əsasında, “Cey Ti Ay Kaukasus” məhdud məsuliyyətli cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Başçısının əmri ilə həyata keçirilir.
4.  Ərazi nümayəndəsi Azәrbaycan, rus dillərini bilməli, B kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalı və  sürücülük stajı 3 ildən az olmamalıdır.

Funksional vərdişlər:

Satış dövriyyəsini, pərakəndə satış prinsiplərini başa düşmək. Pərakəndə satış nöqtələrində müştərilərlə işləmək bacarığı, mal ehtiyatının idarə edilməsi. Əla ünsiyyət, danışıq aparmaq bacarığı.

5. Öz fəaliyyətində bazarın öyrənilməsi və analizi şöbəsinin ərazi nümayəndəsi aşağıdakıları rəhbər tutur:

 yerinə yetirilən iş üzrə normativ aktlar və metodik materiallar;
 əmək qaydaları;
 nümayəndəliyin başçısının və öz birbaşa rəhbərinin əmr və göstərişləri;
 hazırkı iş təlimatı;
 Nümayəndəlik haqqında əsasnamə.

6. Bazarın öyrənilməsi və analizi şöbəsinin ərazi nümayəndəsi aşağıdakıları bilməlidir: 

 Marketinq fəaliyyəti ilə bağlı normativ-hüquqi aktlar, əsasnamələr, təlimatlar, digər rəhbər material və sənədlər; 
 reklam haqqında qanunvericilik;
 reklam növləri və reklam fəaliyyətinin təşkili əsasları;
 tütün məmulatlarını istehsal edən sahənin, müəssisələrin inkişaf perspektivləri;
 tütün məmulatlarının nomenklaturası və çeşidi, onların əsas xüsusiyyətləri;
 sözügedən məmulatın keyfiyyətinə potensial tütün məmulatları istehlakçılarının (sifarişçilərinin) tələbi;
 mövcud qiymət siyahıları;
 işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları;
 psixologiyanın əsasları;
 daxili əmək intizamı qaydaları;
 əməyin mühafizəsi qaydaları və normaları.

II.  Əsas öhdəliklər:

1. Fəaliyyəti zamanı Şirkəti peşəkarcasına təmsil etmək. Ticarət nöqtələrinə baş çəkmək qrafiklərini effektiv şəkildə planlaşdırmaq və təmin etmək. Marşrut planına uyğun olaraq müntəzəm şəkildə ticarət nöqtələrinə baş çəkmək, səfər mərhələlərinə riayət etmək. Əvvəlcədən birbaşa rəhbərlə marşrutlardan istənilən kənarlaşmanı razılaşdırmaq.

2. Cavabdehlik daşıdığı ərazidə qarşıya qoyulan məqsədlərə nail olunmasının təmin edilməsi. Bazarda tətbiq edilən tütün məmulatları qiymətləri haqda məlumatların toplanmasının təmin edilməsi.
3. Tütün məmulatları bazarında istehlakçıların əsas şikayətlərinin təhlil edilməsi. 

4. Ticarət nöqtələrinin personalı üçün tütün məmulatlarını tənzimləyən qanunvericilik normaları haqda təqdimatın keçirilməsi.

5. Müntəzəm qaydada (müntəzəmlik nümayəndəlik tərəfindən müəyyən edilir) birbaşa rəhbərə və / və ya Nümayəndəliyin Başçısı tərəfindən təyin edilən digər şəxslərə müəyyən edilmiş formada iş günü ərzində görülmüş iş barədə tam və tutarlı məlumatın verilməsi, müəyyən edilmiş meyarlar üzrə ticarət nöqtələrində mal ehtiyatı barədə qeydlərin aparılması. Şirkətin cari tələblərinə uyğun olaraq hesabatlılığın bütün formalarına malik olmaq və onları daima təzələmək. 
6. Tütün məmulatlarının pərakəndə satıcılarının məlumat bazasını yaratmaq və malik olmaq (qeydiyyat məlumatları, krediti ödəmə qabiliyyəti, qərar qəbul edən şəxslər, satış həcmi, əmək şəraitləri, digər şirkətlərlə əməkdaşlıq).

7. Ticarət nöqtələrinin hər birinin rolunu və dərəcəsini müəyyən etmək, onların şəxsi və bizneslə bağlı tələbatlarını müəyyən etmək. Tütün məmulatlarının nümayiş etdirilməsi, onların ehtiyat və qiymətləri üzrə ən yaxşı təcrübəni təhlil etmək.

8. Satış, məmulatların nümayişi, malların qiymətləri və ehtiyatı haqda məlumatları toplamaq üçün birbaşa rəhbərin müəyyən etdiyi marşrut boyu ayrılmış ərazidəki ticarət nöqtələrinə hər gün səfər etmək. 

9. Toplanmış məlumatlar əsasında hər bir ticarət nöqtəsi üzrə məlumat bazasının yaradılması, məlumatla təmin edilməsi və təzələnməsi.

10. Ayrılmış ərazidə keçirilən məlumatlandırma aksiyaları haqda tədqiqatların aparılması və hesabatın hazırlanması. Satışa dair məlumatların toplanması əsasında aksiyaların nəticəsini qiymətləndirmək.

11. Ayrılmış ərazidə tütün şirkətlərinin fəaliyyətinin monitorinqini keçirmək.

12. Şirkətin əmlakını (avtomobil və s.) lazımi qaydada saxlamaq, eləcə də Şirkətin cari dövr üzrə tapşırıqlarına müvafiq olaraq geyim formasına və çantanın yığılmasına riayət etmək. İşinin səmərəliliyi qiymətləndirmək və peşə vərdişlərinin daima inkişafına və təkmilləşdirilməsinə çalışmaq. Gündəlik işin yerinə yetirilməsi və avtomobilin idarə edilməsi zamanı təhlükəsizlik qaydalarına əməl etmək. Ünsiyyət və iş zamanı nümayəndəliyin tanış etdiyi “Davranış kodeksində” təsvir olunan prinsiplərə riayət etmək.

13.  Birbaşa rəhbərin tələblərinə uyğun olaraq vəzifənin nəzərdə tutduğu digər öhdəliklərin yerinə yetirilməsi.

E-mail: [email protected]