Müxtəlif mənbələrdən, o cümlədən data bazalarından böyük datasetlərin toplanması, təmizlənməsi və yoxlanılması;
Əsas performans göstəricilərini (KPI) izləməklə məhsul performansının (user engagement, conversion rates, churn rates) təhlil edilməsi;
Məhsulun performansı, istifadəçi davranışı və bazar tendensiyaları haqqında faydalı anlayışları təmin edən ətraflı hesabatların və panellərin (dashboard) yaradılması;
Məhsul menecerləri, mühəndislər, marketoloqlar və satış qrupları ilə onların data ehtiyaclarının anlaması və məhsul strategiyasını idarə edən anlayışların təmin edilməsi üçün sıx əməkdaşlıq edilməsi;
Məhsulun təkmilləşdirilməsi, funksionallığın artırılması və strateji təşəbbüslər üçün data əsaslı tövsiyələrin verilməsi;
Nəticələrin hazırlanması və menecerlər də daxil olmaqla maraqlı tərəflərə təqdim edilməsi;
Səmərəliliyi və dəqiqliyi artırmaq üçün datanın təhlil edilməsi, hesabat vermə və vizuallaşdırma üçün alətlərin və sistemlərin hazırlanması və qorunması;
İş axının sadələşdirilməsi və əl işlərinin azadılması üçün gündəlik dataların işlənməsi tapşırıqlarının və hesabat funksiyalarının avtomatlaşdırılması;
Analitik proseslərdə ardıcıllığın və keyfiyyətin təmin edilməsi, data təhlili üçün ən yaxşı təcrübələrin yaradılması və təşviq edilməsi;
Məhsulun məqsəd və vəzifələri üzrə uyğunluğun təmin edilməsi üçün kross-funksiyalı komandalarla əməkdaşlıq;
Tələblər:
Data Elmləri (Data Science), Statistika, Biznes, İqtisadiyyat və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
Data analitiki və ya məhsul analitiki vəzifəsində minimum 2-3 illik iş təcrübəsi;
Statistik təhlil, verilənlərin modelləşdirilməsi və data vizuallaşdırılması üzrə bacarıqlar;
SQL və data analitikasına dair proqramlaşdırma dilləri (Python) üzrə yüksək biliklər;
Analitik alətlərlə (məsələn,Tableau, Power BI və ya Looker) üzrə təcrübə;
Templi mühitdə çoxsaylı layihələri idarə etmək bacarığı.