Mühasib köməkçisi

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Bakı şəhər, Yasamal rayonu, 7A, İzmir Plaza;
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşmə;
  • İş qrafiki: Həftədə 5 iş günü, saat 09.00-18.00;
  • Əmək haqqı: 700-800 AZN NET (namizədin bilik və bacarığına əsasən)

Vəzifə Öhdəlikləri:

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı Hesabatların tərtibi;
  • Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s.) təqdim edilməsi;
  • Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;
  • Gündəlik online kargüzarlığın (gələn məktubların) izlənilməsi;
  • Təhvil-təslim və qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması təşkili;
  • Bank əməliyyatlarının aparılması;
  • Aylıq əmək haqqı cədvəlinin hazırlanması;

Namizədə Tələblər:

  • Ali təhsil (Iqtisadiyyat üzrə);
  • Mühasibatlıq sahəsi üzrə bütün əhəmiyyətli məlumatlara sahib olma;
  • Sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • Vergi və mühasibat uçotunun tam sərbəst şəkildə aparılması bacarığı;
  • Azərbaycan Vergi Məcəlləsini və tələb edilən qanunvericilik sahəsi üzrə bilik;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və məxfilik.

Vakansiya ilə bağlı müraciət üçün namizədlər CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühasib” yazmaqla elektron ünvanına göndərə bilər. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.