Satış Menecerinin Müavini

  • Fairmont Baku
  • Elanın qoyulma tarixi: 13.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Satış Menecerinin Müavini vəzifə öhdəliklərinin icrası zamanı bütövlük, diqqətlilik, təşəbbüskarlıq və əməkdaşlıq prinsiplərini rəhbər tutmalıdır
  • İstirahət üçün gələn qonaqlar otelə yönləndirən səyahət agentlikləri və digər şirkətlərdən otelə yeni və köhnə müştərilərin cəlb edilməsinə cavabdeh olmaq və qonaq gözləntilərinin üstələmək;
  • Davamlı olaraq peşəkar, dostyana xidmət təklif etmək:
  • Müştərilər və birbaşa rəhbərlə qonaq tədbirnə aid bütün məlumatları razılaşdırmaq,
  • Xüsusi fəaliyyət planının hazırlanması və icrası vasitəsilə kollektiv, qısamüddətli və /və ya  banket xarakterli biznesin təşkilini həyata keçirmək:
  • Yazılı müqavilələr əsasında təsdiqlənən qiymət parametrlərini və kvotalarını müəyyən etmək və razılaşdırmaq:
  • Otel və ticarətlə bağlı şirkətlər çərçivəsində ticarət sərgilərinə, reklam tədbirlərinə qatılmaq:
  • Ödəniş prosedurlarının təşkil etmək, istənilən deposit və/və ya kreditlərin qəbulu haqqında adekvat məlumat toplamaq və qəbul oluna biləcək müddət ərzində alındığına əmin olmaq:
  • Son dəqiqə baş verə biləcək dəyişikliklər barədə lazımi departamentlərin məlumatlılığını təmin etmək, tədbir və topdansatış şirkətlərlə olan müqavilələri nəzərdən keçirmək üçün gündəlik görüşləri təşkil etmək və/və ya onlarda iştirak etmək;
  • Şirkət əməkdaşlarına və qonaqlara nəzakətli şəkildə kömək etmək və  düzgün koordinasiyanı təmin etmək;                                    
  • Təşkil ediləcək tədbirdən və otelə gələcək olan qrupdan öncə bütün lazimi məlumatları tam və düzgün şəkildə adiyyəti şöbələrlə bölüşmək:
  • Satışları səmərəli şəkildə yaxşılaşdırmaq üçün strategiyalar hazırlamaq;
  • Davamlı olaraq satış kvotalarını yerinə yetirmək və ya üstələmək;
  • Otelin satış strategiyasına uyğun olaraq yeni potensial imkanlar araşdırmaq və satışın bütün  sahələrində müvafiq gedişatdan xəbərdar olmaq;
  • Qarşıya qoyulmuş hədəfə nail olmaq üçün və maksimum məhsuldarlığı təmin etmək üçün əvvəlcədən müəyyən edilmiş satışın bütün  sahələrini və digər müştəri hesablarının sayını fəal şəkildə idarə etmək:
  • Fəal olaraq satışın bütün  sahələrində yeni potensial əlaqələrin axtarışı, inkişafı, və onların aktiv məhsuldar hesablara çevrilməsi üçün satış strategiyasına riayət etmək;
  • Biznesin idarə edilməsi ilə yanaşı otelə tanışlıq turlarını təşkil etmək.
  • Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək və bu qoyulmuş satış hədəflərinə çatmaq                                                                     

Tələblər:

  • Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır)
  • Müvafiq vəzifə üzrə təcrübə
  • Opera PMS Software, Microsoft Windows kompüter proqramlarını bilmək.
  • Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
  • Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
  • Səlis Azərbaycan,İngilis,Rus dili 
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
  • Dinamik, öyrənməyə həvəsli olmaq
  • Yaxşı satış və təqdimat bacarığı olmaq