İşin təsviri
Əsas vəzifə və öhdəliklər:
- Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək;
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq;
- Mühasibat uçotu yoxlamalarının aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının “Qanunvericilik və Beynəlxalq standartlara” uyğun olaraq yoxlanılması və təhlili;
- Təşkilat daxilində risklərin idarə edilməsi və idarəetmə proseslərinin qiymətləndirilməsində iştirak etmək;
- Daxili audit yoxlamaları zamanı yoxlanılan sahə üzrə prosesləri öyrənmək və audit yoxlamaları üçün lazım olan sənədləri əldə etmək;
- Risk dəyərləndirilməsi aparmaq və mövcud risklərin aradan qaldırılması istiqamətində işlər görmək;
- Potensial riskləri minimuma endirmək üçün maliyyə məlumatlarını təhlil etmək;
- Təsdiq olunmuş plana əsasən monitorinqlərin və yoxlamaların aparılması;
- Biznes proseslər haqqında məlumatları təhlil etmək və auditini aparmaq ;
- Proseslər haqqında məlumat toplamaq, proseslərin qanunvericiliyə, müvafiq normativ hüquqi aktların tələblərinə, daxili qaydalara, təlimatlara və prosedurlara əməl olunmasının yoxlanılması və qiymətləndirilməsində iştirak etmək;
- Mövcud prosedurların təkmilləşdirilməsi istiqamətində işlər görmək;
- Aparılmış auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsində iştirak etmək;
- Şirkətdə risk idarə edilməsinin inkişafına aid təkliflərin irəli sürülməsi, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirilməsi;
- Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarət;
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq ixtisas üzrə azı 5 il iş təcrübəsi;
- Audit standartları, daxili nəzarət və risklərin qiymətləndirilməsi metodologiyaları haqqında biliklər;
- Audit prosedurlarını həyata keçirmək üçün biznes proseslər üzrə biliklərin olması;
- Beynəlxalq standartların (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar;
- Kompyuter bilikləri: Microsoft Office (Word, Excel-əla); 1C proqramı ilə işləmək bacarığı;
- Dil bilikləri- azərbaycan dili-əla; ingilis dilini-yaxşı,
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
- Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq;