İşin təsviri
The Entertainer mağazalar şəbəkəsinə gündəlik əməliyyatlara nəzarət etmək,onların düzgün və effektiv işləməsini təmin etmək üçün Mağaza meneceri axtarırıq. Mağaza meneceri olaraq siz satış komandasını satış məqsədlərini yerinə yetirmək üçün motivasiya etmək, biznes strategiyalarını inkişaf etdirmək və mağazanın əməliyyat və təşkilati standartlarına riayət etmək üçün məsuliyyət daşıyacaqsınız. Bundan əlavə, siz yeni işçiləri işə götürəcək və öyrədəcəksiniz və lazım olduqda inventar səviyyələrinin monitorinqi kimi digər inzibati vəzifələri yerinə yetirəcəksiniz.
Namizədə tələblər:
- İş təcrübəsi: Satış sektorunda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 1-3 il iş təcrübəsi mütləqdir
- Dil bilikləri: Azərbaycan (əla), Rus dili (əla)
- Kompyuter bilikləri: 1C 8.3 (əla)
Əsas vəzifə öhdəlikləri:
- Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Mağazanın brendlərin verdiyi göstərişlərə əsasən müvafiq qaydada nizamlanmasını təmin etmək VM (Vizual Merçendayzinq);
- Malların qaytarılması və dəyişdirilməsi üzrə hesabatlara nəzarət etmək və onları yoxlamaq, tələb olunan bütün məlumatların qeyd olunmasını təmin etmək;
- Mağazanın satış heyətinin və digər heyət üzvlərinin işinə nəzarət etmək, işçilərə nəzarət etmək, tapşırıqları bölüşdürmək, işçilərin problemlərini idarə etmək və iş cədvəllərini hazırlamaq.
İş şərtləri:
- İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi (Nahar fasiləsi verilir)
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Əmək haqqı: 1200 AZN+satışdan bonuslar
Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)