İşin təsviri
Tələblər:
- Azərbaycan Respublikası vətəndaşı
- Yazılı və şifahi ünsiyyət bacarıqları, təşkilatçılıq, təşəbbüskarlıq, komandada işləmə qabiliyyəti, intizamlılıq, dəqiqlik, məsuliyyət və məqsədyönümlülük.
- İş təcrübəsi: Müvafiq sahədə minimum 1-5 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst, İngilis dili: orta səviyyəsi.
- Kompüter bacarıqları: Microsoft Office, Word və Excel proqramlarında iş bacarığı.
- Ünsiyyətcil, operativ, gülərüz təşkilatçıllıq bacarığı.
- Yaş 18-65
- Xanım və bəy namizədlər ( Universiteti yeni bitirən namizədlər müraciət edə bilərlər)
- İş təcrübəsi : 1 - 5 il ( Universiteti yeni bitirən namizədlər müraciət edə bilərlər)
Vəzifə öhdəlikləri:
- Şirkət adına ünvanlanmış elektron və kağız sənədlərin qeydiyyata almaq və icraçılara təqdim etmək .
- Telefon zənglərinin cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi
- Göndərilən sənədlərin qeydiyyata almaq , skan edilməsi və ünvanlarına göndərilməsini təmin etmək.
- İcrada olan sənədlərin icra vəziyyəti statusuna nəzarət etmək.
- Vaxtı bitmiş sənədlərin arxivləşdirilməsinin təmin etmək.
- Daxil olan müraciətlərin qəbulu və həlli.
- Ofisə gələn qonaqları qarşılamaq,yönləndirmək.
- Gələn qonaqlara çay,kofe təklif eləməsi və verilməsi.
- Ofis ləvazimatlarının sifarişini hazırlamaq və inventarın hərəkətini idarə etmək.
- İclas otağının və cavabdeh olduğu digər iş sahələrinin iş üçün hazır vəziyyətdə saxlamaq.
- İşçilər üçün xidməti nəqliyyatı,notarius və sayrı təşkil etmək və prosesin aylıq elektron hesabat cədvəlini aparmaq.
- Vəzifə təlimatına uyğun digər işləri icra etmək.
- Ofis avadanlıqlarının, kommunikasiyanın lazımı vəziyyətinə nəzarətin həyata keçirilməsi
- Korporativ və onlayn xəbər resurslarında məlumatların yerləşdirilməsi
- Ofisdə səliqə səhmani təmin etmək
Əmək şəraiti və şərtləri:
- Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq 600 manatdan başlayır.
- İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 18:00-dək, cümə günü evdən çalışmaq şərti imkan var.
- İllik məzuniyyət hüququ: 30 gün və qanunvericiliyə uyğun əlavə məzuniyyət hüququndan istifadə.
- 3 ay sınaq müddətindən sonra könüllü tibbi siğorta təşkil olunur, həftədə 1 dəfə nahar şirkət tərəfindən verilir,idman (50% ödənilir),və sayrı intiyazlar.
Uyğun namizədlər CV formalarını [email protected] mail-na mövzu yerində “ Ofis menecer ” qeyd edərək göndərə bilərlər.