Hüquq işləri üzrə müşavir

İşin təsviri

Hüquq işləri üzrə müşavir (tam iş günü)

Vəzifə öhdəlikləri

• Müəssisənin hüquqi məsələlər üzrə dəstəklənməsini təmin edir;
• Müəssisədaxili hazırlanan əmr, təlimat, əsasnamə, standart, yığıncaqların protokolları (səhmdarlar, müşahdə şurası, idarə heyəti) və digər hüquqi xarakterli aktların, eləcə də müqavilələrin hüquqi ekspertizasını həyata keçirir;
• Tələb olunduğu halda hüquqi məsələlər üzrə arayış və hüquqi rəylər hazırlayır və rəhbərliyə təqdim edir;
• Hüquqi məsələlər üzrə rəhbərliyə və müəssisənin struktur bölmələrinə  tövsiyyələr verir;
• Müəssisənin struktur bölmələrinin fəaliyyətində qüvvədə olan qanunvericiliklə yaranan ziddiyyətlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür;
• Şirkətin fəaliyyətinə dair məhkəmə işlərini araşdırır və bunlara dair müvafiq tədbirər görür;

Namizədə olan tələblər

• Hüquq ixtisası üzrə bakalavr dərəcəsi və ya uyğun ixtisas üzrə magistr elmi dərəcəsi;
• Hüquq ixtisası üzrə azı 5 il iş təcrübəsi (maliyyə sektorunda iş stajı olanlara üstünlük verilir);
• MS Windows əməliyyat sistemi, Word, Excel və Powerpoint proqramlarında işləmə bacarığı;
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;

Fərdi keyfiyyətlər

• Tədqiqat aparmaq üzrə formalaşmış bacarıq;
• Təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti
• Qərarvermə qabiliyyəti
• Analitik təhliletmə qabiliyyəti
• Novatorluq
• Problem həll etmək qabiliyyəti
• İntensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti

E-mail: [email protected]

Maliyyə bazarları xidmətləri tərəfindən digər vakansiyalar