İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
 
	- Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
 
	- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsinə nəzarət etməli;
 
	- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin edir;
 
	- Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada təqdim edilməsi üçün yazışmaların aparılmasını təmin edir;
 
	- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir.
 
	- Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsi;
 
	- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsinin, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünün və səlisliyinin təmin edilməsi;
 
	- Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarının və açıqlamalarının düzgün və zamanında formalaşdırılması və təmin edilməsi;
 
Vəzifə ilə bağlı tələblər:
	- Müvafiq sahədə ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya oxşar sahələr).
 
	- Mühasibatlıq sahəsində ən azı 2-3 il iş təcrübəsi.
 
	- Mühasibatlıq proqramları və Microsoft Office proqramları ilə iş təcrübəsi (xüsusilə Excel).
 
	- Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
 
	- Mükəmməl ünsiyyət və təqdimat bacarıqları.
 
	- Detallara diqqət və dəqiqlik..
 
	- Tibb sektorunda iş təcrübəsi üstünlükdür.
 
Əlavə məlumat:
	- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
 
	- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. 
 
	- İşçi illik check up paketi ilə təmin olunur.
 
	- İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.
 
CV-lərinizi e-mail ünvanına "Aparıcı Mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır