İşin təsviri
İş qrafiki: Həftədə 6 iş günü (09:00-18:00)
Əmək haqqı: 600-1000 AZN (təcrübəyə əsasən qərar veriləcək)
İstirahət günləri: Həftədə 1 dəfə.
Vəzifə öhdəlikləri:
- Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
- Yeni və mövcud avtomobillər üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması
- Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi
Vəzifəyə və namizədə uyğun tələblər:
- Rus, İngilis dilini biliyi
- İşə hakim olan namizədlərə üstünlük veriləcəkdir
- Yaş həddi 22-40
Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 27A, Cömərd İş Mərkəzi
Qeyd: Seçilmiş namizədlərə geri dönüş ediləcək.