SƏTƏM mütəxəssis

  • Green Tech
  • Elanın qoyulma tarixi: 23.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Müəssisədə əməyin mühafizəsi işinin təşkil etmək və əlaqələndirmək;
  • Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
  • İş yerində baş verə biləcək bədbəxt hadisələrin analizini etmək, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;
  • Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • İşçilərin fərdi mühafizə vasitələrinin düzgün tətbiq və istifadə edilməsinə nəzarət etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və hər cür təlimatlandırmanın vaxtında və keyfiyyətli keçməsini təmin etmək;
  • Əməyin mühafizəsi üzrə tətbiq edilən yerli qanunvericilik və digər normativ hüquqi aktların tələblərini işçilərin nəzərinə çatdırmaq;

Tələblər:

  • Təhsil: Ali
  • Minimal iş təcrübəsi: 1 il (istehsal üzrə)
  • Sertifikat: Sahə üzrə sertifikatlara sahib olmalı - FHN şəhadətnamə və s.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının və beynəlxalq standartların tələbləri üzrə biliklərə malik olmalı;
  • Fövqəladə hallar zamanı davranış qaydalarını bilməli;

İş barədə məlumat

  • İş qrafiki: 08:00-17:00 ( 6 günlük iş qrafiki);
  • Iş yeri Şüvəlan qəsəbəsində yerləşir;
  • Gediş-gəliş şirkət tərəfindən təmin edilir;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini   elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur