Sosial Media Meneceri

İşin təsviri

Bizim komandamıza qoşulmaq və sosial media strategiyalarımızı yeni səviyyəyə qaldırmaq, eyni zamanda bizimlə birlikdə dünyanın müxtəlif ölkələrinə səyahət etmək istəyirsiniz? Sizdən gözlədiyimiz əsas vəzifə və tələblərlə tanış olun!

Əsas Vəzifə Öhdəlikləri:

  • Məzmun Planlaşdırılması: Marketinq hədəflərimizə uyğun qısa və uzunmüddətli məzmun planlarının hazırlanması.
  • Məzmun Yaratma: Sosial media platformaları üçün cəlbedici və kreativ məzmunların yaradılması.
  • Post Planlaşdırma: Şirkətimiz üçün aylıq post planlarının hazırlanması.
  • Reklam İdarəetməsi: Sosial media reklamlarının və büdcəsinin effektiv idarə edilməsi.
  • Platforma Gücləndirilməsi: Sosial media platformalarımızın gücləndirilməsi üçün yenilikçi tədbirlərin həyata keçirilməsi.
  • Təkliflər Verilməsi: Yeniliklərdən xəbərdar olmaq və auditoriyanı cəlb etmək üçün yeni təkliflərin verilməsi.
  • Analitika və Monitorinq: Sosial media analitikası və performans monitorinqinin həyata keçirilməsi.
  • Strategiya Hazırlanması: Sosial media strategiyalarının hazırlanması və həyata keçirilməsi.
  • Rəqib Analizi: Rəqib analizinin aparılması və nəticələrə əsasən strategiyaların tənzimlənməsi.

Əsas Tələblər:

  • Sosial media platformalarında (Facebook, Instagram, LinkedIn, TikTok, YouTube) iş təcrübəsi.
  • 1 il iş təcrübəsi.
  • Azərbaycan dilində mükəmməl yazı bacarığı, ingilis dili biliyi üstünlükdür.
  • MS Office proqramları ilə praktiki təcrübə.
  • Təhsil müəssisələrində təcrübə üstünlükdür.
  • Detallara diqqətli olmaq.
  • Marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi üstünlükdür.
  • Kreativlik və maraqlı məzmun yaratmaq bacarığı.

İş Şərtləri:

  • Qrafik: Həftənin 6 günü, saat 10:00-dan 18:00-a kimi.
  • İş yeri: AF Business House, 7-ci mərtəbə.
  • Əmək haqqı: Başlanğıc üçün 600-800 AZN.

Əlaqə: +994519669641  (Eyvaz Qafarov)

Əgər bu vəzifəyə maraq göstərirsinizsə, CV-lərinizi "SMM" başlığı altında [email protected] elektron poçt ünvanına göndərin. Nəzərinizə çatdıraq ki, başlıqsız maillər diqqətdən yayına bilər.

Global Olympiad Center tərəfindən digər vakansiyalar