Satış təmsilçisi (Promoter)

  • Smile Tour MMC
  • Elanın qoyulma tarixi: 22.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Uğurlu karyeranıza turizm sahəsində bizimlə addımlayın! Bununla həm dil biliklərinizi, həm də vaxtınızı əylənərək və səmərəli keçirməyi təklif edirik !

İş barədə məlumat:

  • Xarici qonaqlara ölkə daxili turlar üzrə məlumatların təqdim edilməsi;
  • Müxtəlif istiqamətlər üzrə fərdi və qrup tur paketlərin təklif edilməsi;
  • Turlar haqqında sualların ətraflı şəkildə cavablandırılması;
  • Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi.

Namizədə aid tələblər:

  • Dil biliklərinin olması mütləqdir (ingilis və rus/və ya tək rus )
  • Yaş həddi: 18-50
  • Ünsiyyət qurmaq bacarığı;
  • Satış bacarığı;
  • Kollektivlə işləmək bacarığı, məsuliyyətli və operativlik.

İş şərtləri:

  • Həftədə 1 gün istirahət
  • Əmək haqqı : 400 azn fix + satışlardan əldə olunan bonus %
  • Həm part-time, həm də full time işləmək imkanı (tələbələr üçün də uyğundur)
  • Əmək müqaviləsi bağlanılır.
  • İş öyrədilir,təcrübə tələb olunmur.
  • İş yeri ofis xaricindədir. (İçərişəhər ərazisində)

Qeyd edilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Promoter (satış təmsilçisi) " yazaraq [email protected] göndərmələri xahiş olunur.

Smile Tour MMC tərəfindən digər vakansiyalar