İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
- Əldə olunmuş məlumatların işlənməsi;
- Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi
- Sadə layihələrin və sxemlərin işlənməsi, onların texniki layihələrə, əməliyyat standartlarına və normativ və texniki sənədlərə tətbiqi
- Planlaşdırılmiş və hesablanmış texniki işlərin qeydiyyatının aparılması, materialların qrafiki qeydiyyatının aparılması
- Geodeziya istinad şəbəkəsinin qurulması;
- Materialların və sənədlərin saxlanması və qeydiyyatının təmin olunması
- Görülmüş yerüstü geofiziki işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi.
Tələblər
- Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil.
- Analoji sahə üzrə minimum 3 ildən yuxarı iş təcrübəsinin olması;
- MS Office proqramlarını (Word, Excel, Power Point), Auto Cad bilməli;
- Topoqrafik cihaz və avadanlıqları ilə işləmək və çəkiliş bacarıqlarının olması;
- Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
- Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri
- İş vaxtı : 1 – 6 ci günlər 09:00 dan - 17:00- a dək
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun müsahibə əsasında müəyyən ediləcək.
CV-lərinizi “Sahə Topoqrafı” başlığı altında e-mailinə göndərməyiniz xahiş olunur.