İşin təsviri
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
- Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq, zəif-axın sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış zəif-axın sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin zəif-axın sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində zəif-axın sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə zəif-axın sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
- Kompüter bilikləri: MS Office, AutoCAD
- İdarəetmə bacarığı
- Təqdimat bacarığı
- Pozitiv düşüncə
- Problemlərin həllinə yönəlmə
- Müsbət əlaqə və əməkdaşlıq qurma
- Özünə əminlik və inkişafa meylli olma
- Yaradıcılıq
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi.
- İş rejimi: 5 gün.
- Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Elektronika mühəndisi” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır