İşin təsviri
                
                
                                
                İş barədə məlumat
	- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
 
	- Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi;
 
	- Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
 
	- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
 
	- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
 
	- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
 
	- ƏDV, Mənfəət, DSMF, Statistika, hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
 
	- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
 
	- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
 
	- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
 
	- Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
 
	- Müəssisələrin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
 
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək; Şənbə - qısa iş günü
İstirahət: Bazar günləri;
Əmək haqqı : 1000-1200
Ünvan: Heydər Əliyev prospekti 115 Sport plaza
Tələblər:
	- Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
 
	- İş təcrübəsi : Müvafiq sahədə minimum 3 (üç) il
 
	- Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
 
	- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
 
	- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
 
	- Dil biliyi: Azərbaycan dili-Səlist, Rus və İngilis dili bilənlərə üstünlük veriləcək;
 
	- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
 
	- PMS sertifikatı arzuolunandır;
 
	- Güclü ünsiyyət, komandalarla effektiv əməkdaşlıq etmək bacarığı
 
	- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
 
	- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
 
	- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;
 
Ünvan: Nizami rayonu, Heydər Əliyev prospekti 115, Sport Plaza