İşin təsviri
Togas — ev tekstili dünyasında lider istehsalçı və dəb tendensiyalarının yaradıcısıdır. Təxminən 100 illik dəyərli təcrübə, peşəkar bacarıqlar, yeniliklərə maraq və ailə ənənələri şirkətdə nəsildən-nəsilə ötürülür.
Bu gün Togas komandası, məqsədyönlülük, hər bir məsələyə yaradıcı yanaşma, qarşılıqlı kömək və evdə rahatlığın və komfortun əhəmiyyətini tamamilə başa düşmə ilə seçilən peşəkarlardan ibarət böyük bir ailədir.
Togas-ın inkişafı və uğurları, şirkətin təxminən 100 il ərzində sənayedə lider mövqeyində qalmasına kömək edən dəyərlər üzərində qurulub. Biz müştərilərimizi yüksək qiymətləndiririk və onların bizimlə hər bir görüşünün unikal və arzuolunan olması üçün hər şeyi edirik. Şirkət böyük nəticələrə inanır və əməkdaşlarının inkişafı üçün hər cür şərait yaradır, eləcə də ən yaxşı tekstil və ev aksesuarlarının istehsalı üçün öz innovativ həllərinə xüsusi diqqət yetirir.
Togas tarixinin bir hissəsi olun!
Vəzifə öhdəlikləri:
- Satış və satış göstəricilərin idarə olunması:
- Ay ərzində və günlər üzrə mağazanın satış planının formalaşdırılması və icrası, satış effektivliyin təhlili və əsas performans göstəricilərinə nail olmaq üçün strategiyaların hazırlanması;
- Müştərilərin ehtiyaclarının müəyyən edilməsi (müştəri bazası ilə iş, telefon danışıqları və müştəri rəylərinin təhlili daxil olmaqla);
- Sifarişlərin düzgün rəsmiləşdirilməsinin, müqavilələrin, spesifikasiyaların, aktların və digər sənədlərin icrasına nəzarət olunması;
- Müştəri xidmətlərinin yüksək səviyyədə təmin edilməsi, şikayətlərin həlli və müştəri loyallığının saxlanılması;
- Komandanın idarə olunması: işçilərin seçimi, təlimi, motivasiyası və inkişafı, fəaliyyətin qiymətləndirilməsi;
- Xərclərin nəzarəti, ehtiyatların idarə olunması və brend standartlarının saxlanılması ilə birlikdə mağaza işinin optimallaşdırılması;
- Maliyyə əməliyyatlarına, bank hesablaşmalarına və hesabatlılığa nəzarət olunması;
- Mağazada aksiyalar və tədbirlərin planlaşdırılması və keçirilməsi üçün marketinq komandası ilə əməkdaşlıq edilməsi;
- Mağazanın inkişafı üçün tredlərin və rəqiblərin analizinin aparılması;
- Satış, inventarizasiya və fəaliyyət hesabatlarının müntəzəm olaraq şirkət rəhbərliyinə təqdim edilməsi;
- Digər şöbələr və xarici tərəfdaşlarla səmərəli qarşılıqlı əlaqənin qurulması.
Tələblər:
- Rus və Azərbaycan dillərini sərbəst bilmək;
- Pərakəndə satış sektorunda, xüsusilə də lüks və ya premium seqmentində rəhbər vəzifədə iş təcrübəsi;
- Güclü liderlik və kommunikasiya bacarıqları;
- Satış məlumatlarını təhlil etmək və onları yaxşılaşdırmaq üçün strategiyalar hazırlamaq bacarığı;
- Lüks alış-veriş təcrübəsinə yönəlmiş müştəri xidməti bacarıqları;
- Pərakəndə satış idarəetmə proqram təminatını və MS Office proqramlarını bilmək.
- Yüksək təşkilatçılıq və detallara diqqət;
- Dəyişkən iş qrafikində, həftəsonları və bayram günlərində işləməyə hazır olmaq.
İş şəraiti:
- Növbəli iş rejimi;
- 10:00-18:00 / 12:00-20:00 (5 gün);
- TOGAS Akademiyasında böyüyən ailəmizə və karyera inkişafı imkanlarına qoşulun;
- Maaş: 1000 AZN +%;
- Peşəkar inkişaf və təkmilləşmə imkanları;
- TOGAS Akademiyasında korporativ təlimlər;
- Karyera və peşəkar inkişaf imkanları;
- Müraciətinizi e-mail ünvanına göndərin: [email protected]