İş icraçısı
İş barədə məlumat
- Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir.
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir.
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
- İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir. Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır.
- Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir. Fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflərlə təqdim edir. Kollektivdə tərbiyəvi iş aparır. Fəhlələrin ixtisas artmasını təşkil edir.
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatları işə cəlb etmək üçün, obyektlərin təhvil alınmasında iştirak edir. Mühafizə olunan zonalarda işlərin istehsalına icazə verən buraxılışları tərtib edir. Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, icrası nəzərdə tutulan, tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir. İş yerlərinin attestasiyasını aparan komissiyanın işində iştirak edir
İş qrafiki: Həftədə 6 gün, 08.00-17.00
Namizədə tələblər
- Ali təhsil (Sənaye və mülki tikinti)
- Beynəlxalq tikinti layihələrində ən az 3 illik təcrübə
- Son 3 ildə qeyd olunmuş vakansiya ilə bağlı iş təcrübəsi olmalı
- Azərbaycan və rus dilində səlis danışa bilməli ,ingilis dilini orta səviyyədə
- Məsuliyyətli, dəqiq və peşakar
- Komputer bilikləri: Microsoft Office ,Autocad əla səviyyədə bilməli
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
- İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
- Podrat təşkilatlarının sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməli
Əmək haqqı :1500-2000 AZN
Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını [email protected] ünvanına göndərsinlər . Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İş icraçısı) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.