Mühasib

  • Caspident
  • Elanın qoyulma tarixi: 16.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


İş haqqında:

  • Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət
  • Borcların ödənilməsinəmütəmadi nəzarət və hesabatların hazırlanması
  • Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu
  • Rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və vaxtında təqdim edilməsi
  • Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili
  • Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası
  • Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq
  • Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi

 İş rejimi: həftənin 5 günü; 09:00 – 18:00 , vı cı gün 10:00-15:00 kimi
Əmək haqqı:2000 azn
Yaş:30-55
Həm kişi həm də qadın namizədlər müraciət edə bilər
Rus dilinin olması üstünlükdü
Peşəkar Mühasib Sertifikatı(PMS) olması mütləqdir sertifikat olmayan cv lere baxilmir

İş rejimi:
İş rejimi: həftənin 5 günü; 09:00 – 18:00 vı ci gün 10:00-15:00 kimi
Əmək haqqı:2000 azn
Yaş:30-55
Maraqlananlar [email protected] mail ünvanına Mühasib başlıqı altında CV göndərsin.

Şirkət haqqında
Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji
məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir. Caspident
Amerika, Avropa və Asiyanın tanınmış firmaları ilə sıx əməkdaşlıq edir. Bunlara Kohler
(Almaniya), MİS(İsrael), Geistlich(İsveçrə), Dentsply(Amerika), SanisWiss(Isveçrə), Ortho
Organizers(Amerika), FGM(Brazil), CSN İndustrie (İtalya), Detax(Almaniya), D/Z (Almaniya),
Faro(İtalya), Sure Endo (Koreya), GC(Yaponiya) kimi firmalar daxildir. Bütün bu firmalarla
əməkdaşlıq Caspidentə öz müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etməyə və xidmət
göstərməyə imkan verir. Caspident həmçinin muasir stomatologiyanın ən son yeniliklərindən
olan implantologiya ilə ixtisaslaşmış və Azərbaycan İmplantologiya cəmiyətinin inkişafı üçün
yeni başlayan həkimlərə kurslar təşkil etməkdədir.