İşin təsviri
Vakansiyanın tələbləri:
- Təhsil: Hüquq sahəsində ali təhsil.
- Müvafiq sahə üzrə iş təcrübəsi: - 3 ildən artıq
- Kompüter bilikləri: Microsoft Office proqramları (Word əla, Excel yaxşı, digər MS Office Suit proqramları arzuolunandır).
- Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı); İngilis dili (yaxşı).
Bilməlidir:
- Mülki Məcəllə;
- Mülki Prosessual Məcəllə;
- Cinayət Məcəlləsi;
- Cinayət Prosessual Məcəllə;
- İnzibati Xətalar Məcəlləsi;
- İnzibati Prosessual Məcəllə;
- Rəqabət Məcəlləsi;
- “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunu;
- Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktları;
- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu;
- Vəzifə öhdəliklərinin icrası ilə əlaqəli digər sahəvi normativ hüquqi aktlar.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin qanuni maraqlarının qorunmasını öz səlahiyyətləri daxilində təmin etmək;
- Bölüm rəhbərinin tapşırıqlarını vaxtında, dəqiq və peşəkarcasına yerinə yetirmək;
- Bölümün üzərinə qoyulmuş öhdəliklərin, vəzifələrin və fəaliyyəti üzrə digər məsələlərin yerinə yetirilməsi üçün lazımi hüquqi təminatı həyata keçirmək;
- Etibarnamə əsasında dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında, habelə məhkəmələrdə və mediasiya təşkilatlarında Cəmiyyətin maraqlarını təmsil etmək və qanuni mənafelərini müdafiə etmək;
- Məhkəmədə iddia qaldırılması ilə bağlı zəruri sənədləri toplamaq, onların təhlilini aparıb aidiyyəti məhkəməyə təqdim etmək;
- Bölümün fəaliyyəti ilə bağlı olan Cəmiyyətdaxili təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasında iştirak etmək və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Gündəlik olaraq qanunvericilikdə dəyişiklikləri izləmək və Cəmiyyətin fəaliyyət istiqamətlərinə aid dəyişikliklər barədə Cəmiyyətin müvafiq struktur bölmələrini məlumatlandırmaq;
- Qüvvədə olan qanunvericilikdə dəyişikliklər edilməsi nəticəsində Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin dəyişdirilməsi və ya xitam edilməsi barədə təkliflər hazırlamaq;
- Müqavilə bağlanılması nəzərdə tutulan kontragentlərin təsis sənədlərinin və müqavilənin bağlanması üçün əhəmiyyətli ola biləcək digər sənədlərin yoxlanılmasını təmin etmək;
- Cəmiyyətin idarəetmə orqanlarının qərar layihələrinin hazırlanmasında iştirak etmək, onların reyestrinin aparılmasını təmin etmək;
- Təssərufat müqavilələri üzrə hüquqi ekspertizanı həyata keçirmək, Cəmiyyətin tərəf olduğu digər müqavilələrə dair rəy və fikir bildirmək;
- Bölümün fəaliyyət istiqamətləri çərçivəsində Cəmiyyətin struktur bölmələri tərəfindən verilən sorğuları cavablandırmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayət layihələrinin hazırlanması;
- Vəzifə öhdəliklərin icrası ilə bağlı bütün növ rəsmi yazışmalar barəsində bölüm rəhbərini məlumatlandırmaq;
- Hüquq bölümünün səlahiyyətlərinə aid edilmiş digər funksiyaları və tapşırıqları yerinə yetirmək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Son müraciət tarixi: 07.09.2024
Müraciət etmək üçün, CV-nizi email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.