Topoqraf (Füzuli, Park layihəsi)

  • RİCON
  • Elanın qoyulma tarixi: 15.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafik və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin surətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
  • Əldə olunmuş məlumatların işlənməsi;
  • Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;
  • Sadə layihələrin və sxemlərin işlənməsi, onların texniki layihələrə, əməliyyat standartlarına və normativ və texniki sənədlərə tətbiqi;
  • Yerüstü avadanlıqlar üçün tələblərin təyinatında iştirak etmək, onların əldə olunması üçün tələblərin tərtib edilməsi;
  • Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması, materialların qrafiki qeydiyyatının aparılması;
  • Materialların və sənədlərin saxlanması və qeydiyyatının təmin olunması;
  • Görülmüş yerüstü geofiziki işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 ildən yuxarı iş təcrübəsinin olması; 
  • MS Office proqramlarını (Word, Excel, Power Point), Auto Cad bilməli;
  • Topoqrafik cihaz və avadanlıqları ilə işləmək və çəkiliş bacarıqlarının olması

Əmək şəraiti:

  • Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa uyğun təyin olunacaq  
  • İş yeri : Füzuli rayonu
  • 6 günlük iş qrafiki

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Topoqraf” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.