İşin təsviri
İşin təsviri:
- Müştəri sorğularının cavablandırılması, alternativ qiymət təkliflərinin göndərilməsi;
- Yeni sifarişlərin qəbul edilməsi;
- Qəbul edilən sifarişlərin təqib edilməsi;
- Məlumatların müntəzəm ve zamanında sistemə daxil edilməsi;
- Müştəri məmnuniyyətini ön planda tutaraq, problemlərin operativ həllinin təşkil edilməsi;
- Müştərilərin müntəzəm olaraq məlumatlandırılması;
- Müqavilələrin hazırlanması və icrasına nəzarət;
- Logistika xidmətlərinin aktiv şəkildə satışının təşkil edilməsi;
- Yeni potensial müştərilərlə illik və aylıq planlara əsasən əlaqələrin qurulması.
- Daşınmanın optimal marşrutunu müəyyənləşdirmək;
- Nəqliyyat vasitəsinin növünü seçmək və sifariş etmək;
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq etmək;
- Təmsil etdiyi şirkətdən alınmış sənədləri və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlamaq;
- Gömrük orqanlarına sənədləri və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatları təqdim etmək;
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
- Məsul şəxslərə gələn yüklər ilə bağlı məlumatları vaxtında çatdırmaq;
- Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
- Bazar qiymətlərinin monitorinqini aparmaq, güvənli yerli və xarici logistika şirkətlərini tapmaq və riskləri dəyərləndirmək;
- Nəqliyyat və gömrük işləri ilə əlaqədar zəruri icazələri hazırlamaq.
Namizədə dair tələblər:
- MS Office proqramları üzrə biliklər;
- Azərbaycan dilində səliş danışıq, Rus dili biliyi mütləq, İngilis dili biliyi arzuolunandır.
- Daxili və xarici daşımalar üzrə biliklər;
- Gömrük bəyannaməsi haqqında minimum biliklər;
- İdxal-ixrac əməliyyatlarında sənəd dövriyyəsi üzrə biliklər.
- Logistika üzrə satış, logistika sahəsinə yaxın sahələrdə 1-3 il arası təcrübə;
Vakansiyaya müraciət üçün CV-nizi “Logistika üzrə satış mütəxəssisi" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.