Auditor

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 12.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Auditor

Vəzifə üzrə fəaliyyət:

• Bank fəaliyyətinin tənzimlənməsi üzrə normativ aktlara, bankdaxili prosedurlara, qaydalara və təlimatlara bankın işçiləri tərəfindən riayət olunmasının auditini aparmaq.
• Bankın bütün strukturları üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq.
• Uçot, statistika, məlumatların ötürülməsi, işlənməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq.
• Departamentin iş planından əlavə olaraq Audit Komitəsinin, Müşahidə Şurasının və İdarə Heyətinin tapşırığı ilə bankın hər hansı bir strukturunun və bank fəaliyyətinin hər hansı bir sahəsinin auditini aparmaq.
• Auditlər zamanı aşkar edilmiş istisnalar və problemləri onlar haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmaq.
• Audit barədə hesabatları tərtib edir və təkliflərini qeyd etməklə onların nəticələrini baş auditora və ya departament direktoruna təqdim etmək.
• Müştərilərin hesab qalıqları üzrə təsdiqnamələrin vaxtında bitirilməsini və müvafiq məzmuna malik olmasını yoxlamaq.
• Audit Komitəsi tərəfindən təsdiq olunmuş audit planının icra edilməsini təmin etmək.
• Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün departament direktoruna təkliflər vermək. Audit aparan zaman ilk növbədə audit olunmalı sahənin və ya strukturun fəaliyyəti barədə bankın digər struktur bölmələrindən məlumat toplamaq.
• Daxili audit aparılması zamanı uçot-statistik, məsrəflərin planlaşdırılması və icrası, normativ hüquqi sənədlərin və bankdaxili qaydaların tələblərinə riayət olunması, verilən tapşırıqlara və göstərişlərə riayət olunması və işçilərin düzgün qiymətləndirilməsi və sığortalanması, kredit biznesi, bankdaxili məlumat sistemi, məlumatların məxfiliyi və ümumiyyətlə bütün sahələrin yoxlama ilə əhatə edilməsini təmin etmək.

Vəzifəyə olan tələblər:

• İqtisadi və ya hüquqi təhsilin olması,
• Minimum 2 il bank təcrübəsi
• Peşakar bilik səviyyəsi,
• Ehtiyatlılıq və dəqiqlik qabiliyyəti,
• Vətəndaş qüsursuzluğuna malik olmaq,
• Kollektivdə işləmək qabiliyyəti,
• Qarşısına qoyduğu məqsədə çatmaq və insanlarla tez ünsiyyətə girə bilmə qabiliyyəti,
• Kompüterdə  işləyə bilmə qabiliyyəti,
• Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək,

Qeyd:  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Auditor) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi