İşin təsviri
Öhdəliklər:
- Elektromexanik ona həvalə edilmiş liftə ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməli və onların istismarı zamanı aşkar olunmuş nöqsanları təmir etməklə aradan qaldırmalı
- Texniki baxışın nəticələrini xüsusi jurnalda qeyd etməli
- Elektromexanik vəzifə borclarını yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına ciddi riayət etməli
- Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanmasında iştirak, modul və komponent səviyyəsində təmir edilməsi;
- Elektrik mühərriklərindəki nasazlıqlarının aradan qaldırılması
- Mexaniki/elektrik koordinasiya prosesinə nəzarət etmək;
- Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
Biliklər:
- Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil.
- Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq (EN,NFPA,DIN,BS,Local Norms &Regulation,IEC,IEEE)
- Zəif orta axım, torpaqlama, işıqlandırma, hesablama, güc sistemləri üzrə biliklərə malik olmaq
- Şifahi və yazılı təlimatları başa düşmək və yerinə yetirmək bacarığı.
- Təhlükəsiz və səmərəli şəkildə işləmək bacarığı.
- Düzgün iş prosesi qurmaq bacarığı
- Güclü ünsiyyət bacarıqları
- Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək
- Vaxta əhəmiyyət vermək və ondan səmərəli istifadə
Maraqlanan namizədlər email ünvanına “Elektro mexanik ” başlığı ilə e-mail müraciət edə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.