İşin təsviri
Öhdəliklər:
- Müəyyən edilmiş vaxt ərzində obyektin verilməsi planını və söküntü işlərinin kəmiyyət/ keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini təmin edir;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
- Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır,onların işlərini təşkil edərək nəzarət edir;
- İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrini, materialları, detalları, alətləri, əşyaları sifariş verir və onların səmərəli istifadəsini təmin edir;
- Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir;
- Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər verir.
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir.
Namizədə tələblər:
- Təhsil: İnşaat sahəsində təhsil arzu olunandır;
- Komandada işləmə bacarığı;
- Müvafiq sahə üzrə təcrübə
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
İş barədə məlumat:
- İş vaxtı : Həftə içi 6 gün
- İş Yeri : Bakı – Sumqayıt
- Əmək haqqı işçinin təcrübəsinə əsasən danışıq əsnasında müəyyən olunacaqdır .
CV-lərinizi “Sahə Rəisi ” başlığı altında mailinə göndərməyiniz xahiş olunur.