İşin təsviri
Vəzifə öhdəlikləri:
- Sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək
- Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək
- İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat layihəsini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək və layihənin əvvəldən axıra kimi koordinasiyasını təmin etmək
- Tabeçiliyində olan işçi heyətini layihə hədəfi doğrultusunda idarə etmək
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək
- Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək
- Materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və onlardan səmərəli istifadə olunmasını təmin etmək
- Sənaye qaydalarına uyğunluğu təmin etmək üçün materiallar və prosedurlar üzərində müntəzəm olaraq sınaqların aparılması
- Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək
- Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə bağlı problemlərin aradan qaldırılmasını vaxtında və effektiv formada həyata keçirmək
- Tikintinin strukturunu formalaşdırmaq, sistemini qurmaq, baş ofis ilə effektiv və koordinasiyalı işləmək
- Smetaların hazırlanmasına nəzarət etmək
- Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək
Namizədə dair tələblər:
- Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
- Azərbaycan və Rus dillərini səlis bilməli;
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Ali təhsil (İnşaat və ya Sənaye mühəndisliyi üzrə təhsil alan namizədlərə üstünlük verilir);
- Yaş həddi 40-60 arası bəy namizədlər;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Vaxtın səmərəli idarəolunması bacarığı.
Təminatlar:
Azerbaycan Respublikasi Əmək Q. əsasən rəsmiləşdirilmə
Əmək haqqı : Bazar tələblərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında təyin olunacaqdır
Uyğun namizədlər öz cvlərini “Tikinti üzrə Baş Mühəndis” başlığı ilə [email protected]
ünvanına göndərə bilərlər.