Mühasib-xəzinədar

  • SR Group Co MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 08.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
  • İş təcrübəsi: 2 ildən yuxarı
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik.

Vəzifələr:

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları ( əsas vəsaitləri, şirkətə çəkilən xərclərini, məhsulun satılmasının, təsərrüfat- maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişlərin-tədarükçülərin hesabı,eləcə də göstərilən xidmətlərə və s.hesabı) yerinə yetirir.
  • Ìşçilərin əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi
  • Dövlət büdcəsinə ödənişlərin və gündəlik işlər üzrə vəsaiti köçürülməsini həyata keçirir
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir,onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir
  • Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatların yerinə yetirir
  •  Müştəri hesablaşmaları üzrə əməliyyatları yerinə yetirir
  • Gün ərzində xəzinəyə daxil olan nağd vəsaitlərin qəbul edir
  • Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil sənədlərinə əsasən xəzinə qalığının çıxarır
  • Gündəlik yığım hesabatların tərtib edərək müvafiq şöbələrə təqdim edir
  • Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanmasını təmin edən qaydalara mütləq riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir
  • Kassa aparatının və digər ödəniş avadanlığının (pos-terminal) sazlığını yoxlayır, onu çek lentləri ilə doldurur
  • Kassa və bank əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric ilə bağlı məlumatları 1C proqramına daxil edir.


Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected]
 elektron ünvana təqdim edə bilərlər.

İşəgötürənin reytinqi