Tornaçı

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 07.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş həddi 25-45 (Bəy namizədlər);
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
  • Sadə çilingər alətlərinin, həmçinin çilingər avadanlıqlarının (elektrik və pnevmatik alətlər, sadə quruluşlu kəsmə, yonma, presləmə, pərçimləmə və s. dəzgahları, torna, məngənə və s.) köməyi ilə metaldan soyuq vəziyyətdə müxtəlif növ detal və hissələrin düzəldilməsi, müxtəlif növ avadanlıqların yığılması, quraşdırılması, sökülməsi və təmiri işlərinin görülməsi;.
  • Boruların, birləşmələrin, qovşaqların, kranların, siyirmələrin, qapaqların, sifonların, və s. sökülməsi, təmiri, dəyişdirilməsi, yığılması, quraşdırılması və s.
  • Polad, çuqun və plastik boru kəmərlərində axıntıların qarşısının alınması işlərin görülməsi;
  • Sadə və orta mürəkkəbli profillərin kalibrlənməsinin əsas prinsiplərini, soraq kitabçaları və dəzgahın pasportu üzrə kəsmə rejimlərini müəyyən etməlidir;
  • Müsaidə və oturtmalar sistemini, kvalitetləri və nahamarlıq parametrlərini (emalın dəqiqlik və təmizlik dərəcələrini), elektrotexnikanın elementar tələblərini bilməlidir;
  • Plazma qurğusunun, ventilyasiya və soyutma sisteminin təhlükəsiz işini təmin etməlidir;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.
  • 6 günlük iş qrafiki- 6-cı gün qısa iş günü , istirahət günü bazar

 

İşəgötürənin reytinqi