İşin təsviri
Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Marketpleys, loyallıq proqramı və maliyyə xidmətləri bir tətbiqdə. O, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir. Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır.
Vəzifə öhdəlikləri:
- Mövcud verilənlər toplularının təhlili, onların hazırlanması, təmizlənməsi, birləşdirilməsi, təsdiqlənməsi
- Böyük həcmdə strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların təhlili və emalı
- Məlumatların təhlili və nümunələrin axtarışı
- Hipotezlərin formalaşdırılması və sınaqdan keçirilməsi
- Məlumatların toplanması və proseslərinin inkişafı, dəstəklənməsi və modifikasiyası
- Model yaradılmasının tam dövrü (məlumatların toplanması, xüsusiyyət mühəndisliyi, model uyğunluğu, modelin idarə edilməsi, vizuallaşdırma, model xidməti)
- Mövcud verilən ML modellərdə səhv və zəif tərəflərin axtarışı
- Model performansının nəticələrinin vizuallaşdırılması və təhlili (o cümlədən, model təliminin keyfiyyətinin qiymətləndirilməsi üçün öz ölçü sistemimizin inkişafı)
- Hesabatların hazırlanması və təqdim edilməsi
- ML metodlarından istifadə etməklə yeni məhsulların hazırlanmasında iştirak
Namizədə tələblər:
- Pandas, scikit-learn, matplotlib kitabxanaları da daxil olmaqla Python üzrə inamlı biliklər, yaxşı SQL biliyi
- Əsas ML alqoritmlərini başa düşmək
- Analitik qabiliyyət və məntiqi təfəkkür;
- Əsas kitabxanalardan istifadə edərək ML sistemlərini inkişaf etdirmək təcrübəsi.
- Məhsulun ölçülərini təhlil etmək və hesablamaq təcrübəsi, praktiki oriyentasiya
- Mürəkkəb sistemləri və texniki terminləri texniki olmayan insanlar üçün aydın, qısa şəkildə izah etmək və uyğunlaşdırmaq bacarığı
- Texniki materialları oxumaq səviyyəsində ingilis və rus dillərini bilmək
- Həm kurslarda, həm xarici konfranslarda, həm də real həyatda daim öyrənməyə hazır olan
Şərtlər :
- İş rejimi: 5/2
- Əmək haqqı: müsahibə zamanı namizədin biliyinə və təcrübəsinə əsasən müəyyən olunacaq
- İş yeri : Baku White City
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni "Senior Data Scientist" mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.