Hüquq departamentinin Rəhbəri (Bakı)

  • Kredagro
  • Elanın qoyulma tarixi: 02.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
  • Təşkilatın fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və maraqların təmin edilməsi;
  • Təşkilatın maraqlarının qorunması məqsədilə verilmiş etibarnaməyə əsasən onun adından məhkəmədə və digər orqanlarda və təşkilatlarda çıxış edilməsi;
  • Qanunvericiliyin tətbiqi ilə bağlı təşkilatın struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
  • Təşkilat adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
  • Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
  • Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
  • Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.

Tələb olunan keyfiyyətlər:

  • Hüquq sahəsində ali təhsil; 
  • Bank sektorunda hüquq sahəsi üzrə iş təcrübəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Ezamiyyələrə hazır olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası. 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Hüquq departamentinin Rəhbəri” qeyd etməklə göndərmələri xahiş olunur.