Kredit departamentinin Rəhbəri

  • Kredagro
  • Elanın qoyulma tarixi: 26.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Təşkilatın qarşısında qoyulmuş tapşırıqların səmərəli yerinə yetirilməsi üçün filiallarla  fəaliyyətlərin təşkili, idarə edilməsi və əlaqələndirilməsi;
  • Təşkilatın kredit ehtiyacının ödənilməsi üçün (lazımi) kapital səviyyəsinin müəyyən edilməsi;
  • Kreditin verilməsi və qaytarılması işində təşkilatın prosedurlarının həyata keçirilməsinin təşkili və ona nəzarət;
  • Monitorinq keçirilməsi prosesində iştirak etmək və ona nəzarət;
  • Kredit əməliyyatlarında xərclərin səmərəliliyinə nəzarət;
  • Filiallar və baş ofis arasında səmərəli məlumat axının idarəedilməsi;
  • Lazımi hesabat formalarının vaxtında və keyfiyyətli hazırlanıb təqdim olunması;
  • Təşkilatın filiallarının fəaliyyətinin səmərəliliyinin, kredit işçilərinin fəaliyyətinin qiymətləndirilməsi meyarlarının işlənib hazırlanması;
  • Təşkilatın inzibati və əməliyyat xərclərinin, kapital xərcinin, inflyasiya səviyəsinin təhlili əsasında faizlərin müəyyənləşdirilməsi;
  • Kreditlərin təsnifatının aparılması və düzgünlüyünün yoxlanması.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Bank sektorunda qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri; 
  • İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
  • Əmək haqqı: 2000 azn.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini qeyd edilmiş elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Kredit departamentinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.