SMM - İdarəetmə

İşin təsviri

İş barədə məlumat

  • Şirkətin sosial media hesablarının idarə olunması.
  • Sosial media üçün şəkil və videoroliklərin hazırlanması.
  • Sosial mediada gündəlik gələn şərh (rəy, mesaj) və sorğuları cavablandırmaq.
  • Günlük kontentin hazırlanması (Foto, video çəkilişləri) və Sosial medyada paylaşmasını təmin etmək.
  • Müvafiq hədəf kütləsinin təyin olunması və onların cəlbi məqsədi ilə reklam kampaniyalarının hazırlanması və effektivliyinin izlənməsi.
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq.
  • Şirkətin tədbir və aksiyalarının sosial media vasitəsilə işıqlandırılması.
  • Sosial mediada rəqib analizinin aparılması və nəticələrinə əsasən strategiyaların tənzimlənməsi.

Namizədə tələblər

  • Sosial media platformalarında (Facebook, Instagram, Tiktok və s.) iş təcrübəsi və onların alqoritmləri haqqında dərin bilik.
  • Reklamların düzgün idarə edilməsi və hədəflənməsi.
  • Foto və video çəkiliş bacarıqları.
  • Qrafik dizayn proqramları ilə işləmə bacarığı.
  • SMM strategiyalarının hazırlanması və həyata keçirilməsi.
  • Kollektivlə (Həkimlərlə) işləmə bacarığı və sıx əlaqə.
  • Facebook Ads və Business manageri mükəmməl bilməli.
  • Google Ads, Google Analytics-də işləməyi bacarmalı.
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı, şifahi ünsiyyət (Rus dil biliyi üstnülükdür).
  • Kontentin yerləşdirildiyi yerlərdə (web sayt, sosial mediya və blog) istifadəçilərlə qarşılıqlı əlaqənin (user interaction) inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi.
  • Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında yerinə yetirmək.

 

İş yeri: Novamed klinikası. Bakıxanov (Razin)

İş qrafiki: Həftə içi: 10:00-19:00, Şənbə günü: 10:00-15:00

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək (Başlanğıc əmək haqqı 500 ₼) (Maksimum 800 ₼ +Bonus)

Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “SMM mütəxəssisi” yazaraq göndərə bilərlər. (Namizədin CV ilə bərabər öz portfoliosunu da göndərməsi üstünlükdür.)