“Drakaris” MMC-nin (bundan sonra «Şirkət» adlanacaq) strategiyasını, daxili audit barədə qanunvericiliyi, beynəlxalq daxili audit standartlarını, normativ sənədləri və rəhbərliyin qəbul etdiyi qərarları əsas götürərək, daxili auditin forma və qaydalarını, auditin illik iş planını işləmək və Şirkətin Ümumi Yığıncağının (bundan sonra «Ümumi Yığıncaq» adlanacaq) təsdiqinə vermək;
Daxili audit və təftiş üzrə tərtib olunmuş aktların nəticəsi barədə Ümumi Yığıncaq üçün qısa arayış və rəy hazırlamaq;
Yoxlama zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, anoloji halların təkrar olunmaması üçün Ümumi Yığıncağa təkliflər vermək;
Zəruri hallarda Ümumi Yığıncağın razılığı ilə Şirkətin digər əməkdaşlarını auditin aparılmasına cəlb etmək;
Daxili auditin fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını hazırlamaq və Ümumi Yığıncağa təqdim etmək;
Daxili auditin fəaliyyəti ilə bağlı illik hesabatı Ümumi Yığıncağa təqdim etmək;
Şirkətin bütün struktur bölmələrində daxili audit yoxlamaları həyata keçirmək;
Şirkətdaxili mühasibat əməliyyatlarının yoxlanılması prosesində iştirak etmək;
Məlumat və informasiyanın emalı mərkəzlərində dövri auditlərdə iştirak etmək;
Digər struktur bölmələrindən tələb olunan məlumatları, sənədləri və sorğuları təqib etmək və gecikmələr baş verdiyi halda Ümumi Yığıncağı məlumatlandırmaq;
Daxili auditin qarşısında qoyulmuş vəzifə və funksiyaların yerinə yetirilməsi üçün səlahiyyəti daxilində digər tədbirlər görmək və göstərişlər vermək;
Fəaliyyət istiqamətinə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Daxili Auditorun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (bundan sonra «ƏL/TMM» adlanacaq) sahəsində vəzifələr
Vəzifə tələbləri:
Ali iqtisadi və ya hüquqi təhsilə və müvafiq ixtisas üzrə azı 5 (beş) illik iş stajına malik olmaq;
Maliyyə menecmenti, maliyyə və mühasibatlıq sahələrində peşə vərdişlərinə malik olmaq;
MS ofis proqramları yüksək səviyyədə. ERP tipli proqramlar arzuolunandır.
Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
Kənar auditin aparılması qaydaları və prinsiplərini bilməlidir;
YIĞIM Payment System tərəfindən digər vakansiyalar