Risklər üzrə menecer

İşin təsviri

Əmək funksiyaları:

  1. Risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi;
  2. Risklərin xəritəsinin hazırlanması və dövri yenilənməsi;
  3. Risklərin idarə olunması üzrə tədbirlər planlarının hazırlanması və həyata keçirilməsi;
  4. Risklərin idarə olunması sisteminin effektivliyinin təmin edilməsi; 
  5. Risklərin idarə olunması ilə bağlı dövri hesabatların hazırlanması və direktora təqdim edilməsi;
  6. Daxili nəzarət tədbirlərinin həyata keçirilməsi;
  7. Daxili nəzarət sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  8. İllik yoxlama planının hazırlanması və icrasına nəzarət;
  9. Yoxlama nəticələrinin sənədləşdirilməsi və müvafiq hesabatların hazırlanması;
  10.  Risklər və daxili nəzarət tədbirləri barədə dövri hesabatların hazırlanması və Direktora təqdim edilməsi;
  11.  Risklərin təhlili üçün məlumatların toplanması və analizi;
  12.  Daxili nəzarət tədbirlərinin nəticələri barədə məlumatların müvafiq şöbələrə çatdırılması;
  13.  Risklər üzrə Menecerin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (bundan sonra “ƏL/TMM” adlanacaq) sahəsində vəzifələr

Vəzifə tələbləri:

  • Maliyyə, mühasibatlıq, ümumi iqtisadiyyat və ya audit sahələri üzrə ali təhsilli və müvafiq ixtisas üzrə azı 3 (üç) illik iş stajına malik olmaq;
  • MS ofis proqramları yüksək səviyyədə bilmək;
  • Riskləri qiymətləndirmək bacarığı və analitik düşünmə qabiliyyəti.