Mağaza satış meneceri

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 31.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Satış sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları olmalı;
  • Problemləri effektiv şəkildə həll etməli;
  • Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilməli;
  • İdarəetmə və təşkilatçılıq bacarıqlarına sahib olmalı.

Vəzifə öhdəlikləri:

  • Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
  • Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
  • Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
  • Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
  • Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
  • Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;
  • Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.

Qeyd olunan linkə keçid edərək  qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

İşəgötürənin reytinqi