İşin təsviri
Əsas vəzifələr:
- Şirkətin sosial media hesablarının idarə olunması
- Aylıq kontent planının hazırlanması və müvafiq qrafik üzrə paylaşılması
- Müntəzəm olaraq foto və video çəkilişlərinin həyata keçirilməsi
- Keyfiyyətli və maraqlı məzmun yaradılması və paylaşılması (mətn, şəkil, video formatlarında)
- Müvafiq hədəf kütləsinin təyin olunması və onların cəlbi məqsədi ilə reklam kampaniyalarının hazırlanması və effektivliyinin izlənməsi
- Sosial media trendlərinin izlənməsi və bu trendlərin şirkətin faydasına istifadə edilməsi
- Şirkətin tədbir və aksiyalarının sosial media vasitəsilə işıqlandırılması
- Sosial media platformalarında istifadəçi suallarının və rəylərinin idarə olunması
- Sosial media analitikası və performans monitorinqi
- Sosial media strategiyalarının hazırlanması və həyata keçirilməsi
- Sosial mediada rəqib analizinin aparılması və nəticələrinə əsasən strategiyaların tənzimlənməsi
Əsas tələblər:
- Sosial media platformalarında (Facebook, Instagram, LinkedIn və s.) iş təcrübəsi- 3 il
- Kreativ düşüncə və yazı bacarıqları
- Foto və video çəkiliş bacarıqları
- Qrafik dizayn proqramları ilə işləmə bacarığı
- Analitik düşüncə və hesabat hazırlama bacarıqları
- Komandada işləmək bacarığı
- Yaxşı ünsiyyət və təqdimat bacarıqları
- SMM strategiyalarının hazırlanması və həyata keçirilməsi
- Sosial media alətləri və trendləri haqqında məlumatlı olmaq
- Azərbaycan dilində yüksək səviyyədə yazılı, şifahi ünsiyyət (xarici dil biliyi üstnülükdür)
Biz nə təklif edirik?
- Stabil əmək haqqı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi çərçivəsində rəsmi qeydiyyat
- Təlim və seminarlarda iştirak
- Gənc, maraqlı komanda
İş qrafiki: Bazar ertəsi-Cümə.
İş yeri: Yeni Heyat Plaza, Zərifə Əliyeva küç., 55
Bütün maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Məktubun mövzu hissəsində " SMM üzrə menecer " vəzifəsinin adını göstərin.