Rəqəmsal marketinq üzrə menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsinin idarə olunması;
  • Müştəri seqmentləri və kanallarının effektivliyinin təhlil edilməsi;
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlili və təkmilləşdirmə sahələrinin müəyyən edilməsi;
  • Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi 
  • Youtube, Google, Facebook və İnstaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi və izlənilməsi
  • Xidmətlərin  yeni rəqəmsal kanallarda sınaqdan keçirmək.
  • Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması.
  • Reklam və marketinq məhsullarının hazırlanması.
  • İnfluencerlər ilə iş birliyinin idarəolunması
  • Marketing istiqamətində aparılan işlər üzrə hesabatlıq və təqdimatın hazırlanması

Əsas tələblər:

  • Marketinq və ya biznes sahəsində ali təhsil;
  • Rəqəmsal Marketing sahəsində təcrübə- 3-4 il
  • Marketinq Platformaları üzrə biliklər: Meta, Google Analytics, Yandex Metrica, Google Ads; Remarketing Tools, Google Tag Manager, Google Search Console;
  • Yaradıcı və yenilikçi düşünmə bacarığı;
  • Analiz etmə və problemləri həll etmə bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilmək, Rus və  İngilis dillərini bilənlərə üstünlük veriləcək;

Biz nə təklif edirik?

  • Stabil əmək haqqı
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi çərçivəsində rəsmi qeydiyyat
  • Təlim və seminarlarda iştirak
  • Gənc, maraqlı komanda

İş qrafiki: Bazar ertəsi-Cümə.
İş yeri: Yeni Heyat Plaza, Zərifə Əliyeva küç., 55
Bütün maraqlanan namizədlərdən CV-lərini göndərmələri xahiş olunur.
Məktubun mövzu hissəsində " Rəqəmsal marketinq üzrə menecer " vəzifəsinin adını göstərin.

Nexgen Strategy Consultants tərəfindən digər vakansiyalar