Layihə üzrə Memar

  • AZIN Construction
  • Elanın qoyulma tarixi: 29.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması, o cümlədən, fasadların yığılması.
  • Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi.
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi.
  • Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak.
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi.
  • Layihə axtarış işlərinin aparılması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması.

Bilməlidir:

  • Tikinti norma və qaydalarını,
  • Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları,
  • Layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını,
  • İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri,
  • Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri,
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini,
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları,
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını,
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni.

Namizədə tələblər:

  • Memarlıq sahəsi üzrə ali təhsil
  • Müvafiq sahədə 2-3 ildən çox iş təcrübəsi 

Əsas Proqram Bilikləri:

  • AutoCAD, ArchiCAD, 3Dmax (arzuolunandır), Photoshop, Ofis proqramları

Əsas Bacarıqlar:

  • Kommunikabellilik
  • Gərgin iş şəraitinə və qrafikinə uyğunlaşma imkanı
  • Məsuliyyətlilik