İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis

İşin təsviri

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil və diploma malik olmalı. İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis diplomunu CV-nə əlavə etməlidir;
  • Minimum 3-5 il uyğun vəzifə üzrə iş təcrübəsi olmalı;

İş haqqında məlumat:

  • Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi;
  • Layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak edilməsi;
  • Texniki hesabatların, aktların və Layihə-smeta sənədlərinin hazırlanması;
  • Layihələrin qiymətləndirilməsi, təkliflərin yazılması və müştərilərlə qarşılıqlı əlaqələrin yaradılmasında iştirak edilməsi;
  • Son modelləşdirmə proqramlarından istifadə edərək, HVAC sistemlərinin kompyuterdə modelləşdirilməsi arzuolunandır;
  • Layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
  • İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi.

Bilməlidir:

  •  Azərbaycan Respublikasının nazirlər kabinetinin, dövlət şəhərsalma və arxitektura komitəsinin əmr, qərar, sərəncam və göstərişlərini; 
  • Müasir standart və normativ sənədləri, elmi-texniki tərəqqinin son nailiyyətlərini, işlənilən layihələrin həyata keçirilməsi üçün mövcud texniki imkanları; 
  • Öz sahəsi üzrə işlənmiş cizgiləri oxumağı; 
  • Öz sahəsi üzrə olan qurğu, avadanlıq, konstruksiyalar haqqında məlumatlı olmalı; 
  • Resurs metodu ilə smeta proqramında işləməyi; 
  • Dövlət element smeta normalarından (desn) istifadə qaydalarını; 
  • Üstəlik xərc və plan yığımının hesablanma qaydalarını;
  • Müxtəlif desn-lərdən layihənin texnologiyasına uyğun quraşdırma qiymətləndirmələrini təyin etməyi;
  • Hər bir qiymətləndirmə bəndinin içərisində ona daxil olan mexanizm və materiallara diqqət yetirməli və lazım gəldikdə layihəylə uyğunluğu təmin etmək üçün əvəzləmə əməliyyatını yerinə yetirməyi; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydalarını, mülki müdafiə qaydalarını.

AZIN Construction tərəfindən digər vakansiyalar