İşin təsviri
İşin təsviri:
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti;
- Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
- Hesab və vergi elektron qaimə-fakturalarının yoxlanılması;
- Debitor və kreditorlarla üzləşmələrin aparılması;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
- Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
- Aylıq mal-material silgisinə nəzarət edilməsi və sənədlərin yoxlanılması;
- Əsas vəsaitlərin və mal-materialın inventarizasiyasında iştirak;
- Satınalma və bank əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərilməsi;
- Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən müxtəlif hesabatların hazırlanması;
- Maliyyə-təsərrüfat fəaliyyətinin kənar auditinin və digər yoxlamaların aparılmasında iştirak;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər:
- Yaş həddi – 25- 45 yaş.
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq üzrə)
- İş təcrübəsi: Maliyyə və mühasibatlıq sahəsi üzrə azı 3 il iş təcrübəsi;
Kompüter bilikləri:
- MS Office (Word, Excel, Outlook) (Excel – yüksək səviyyədə)
- “1C-Mühasibatlıq” proqramında işləmə bacarığı (yüksək səviyyədə)
- Dil bilikləri: Azərbaycan dili, Rus dili (arzu olunandır)
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
- Komandada işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
İş qrafiki:
- İş qrafiki : Tam iş günü (həftə arası 5 gün)
- İş saatları: 09:00-18:00Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Mal material üzrə mühasib” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.