Administrativ işlər üzrə mütəxəssis

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 24.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Biznesin təşkili və idarəedilməsi, idarəetmə və ya buna yaxın sahələrdən ali bakalavr təhsili
  • Microsoft Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı
  • Rus və İngilis dillərini orta səviyyədə bilmək
  • Əlaqədar sahə üzrə 3 il iş təcrübəsi
  • Proses, keyfiyyət və nəticəyə fokuslanma
  • Dəyişikliklərə davamlı uyğunlaşma
  • Gərgin iş rejimində işləmə bacarığı
  • Analitik düşünmə bacarığı 
  • Tək və komandada işləmək bacarığı 
  • Şifahi və yazılı ünsiyyət bacarığı

Əsas vəzifə və öhdəliklər:

  • Zavod ərazisindəki ofisə dəftərxana ləvazimatlarının sifariş edilməsi,
  • Yeməkxananın işinə ümumi nəzarət, yoxlanışların həyata keçirilməsi,aylıq hesabatların hazırlanması
  • SAP sistemində yaradılmış PR, bildirişlərə və rezervasiyalara nəzarət
  • Zavod ərazisində yığılan tullantıların satışının həyta keçirilməsi və satışların SAP sisteminə daxil edilməsi
  • İşçilərin daşınması və sənəd dövriyyəsi üçün nəqliyyatın idarə edilməsi və nəzarət
  • Zavod ərazisinə tələb olunan suyun sifariş edilməsi
  • Ofis və zavod ərazisinin təmizliyinin təmini; Ərazi istirahət otaqlarına, mühafizə postları, tərəzilərə və ümumi abadlıq işinə nəzarət
  • İnzibati bölmə sahəsi işçilərinin iş qrafikinin hazırlaması, təsdiqlənməsinin təşkili
  • Ərazidə olan split kondisionerlərin servisinin təşkili
  • Təmizlik xidməti şirkətininin işinə nəzarət və hesabatların hazırlanması
  • Avtomobillərin təmiri, sığortası və texniki baxışı
  • Avtomobillərin GPS izlənmələrinin həyata keçirilməsi və analizi
  • Baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın həlli
  • Yeni alınmış və satılmalı olan avtomobil və texnikaların sənədləşməsinin həyata keçirilməsi
  • Avtomobil, yük qaldırıcı maşın və yük maşınlarında bütün təmir işlərinə nəzarət. Təmir olunan  detalın quruluşunu, iş prinsiplərini, onlarda yaranmış problemlərin aradan qaldırılması prinsiplərinin bilinməsi və təmir işinə dəstək
  • İstifadə olunan alətlərin, qaldırıcı qurğuların və müayinə aparatlarının işlək və mövcud vəziyyətdə olmasının təşkilinə nəzarət
  • Nəqliyyat vasitələrində aparılan təmir işləri bitdikdən sonra həmin nəqliyyat vasitəsinin yoxlanılması məqsədilə idarə edilməsini təşkil etmək və baş vermiş və ya aşkarlanmış problem və nöqsanları aradan qaldırdıqdan sonra nəqliyyat vasitəsini sahibinə təhvil verilməsini təşkil etmək
  • Müayinə və ya təmir zamanı avtonəqliyyat vasitəsinin və yük maşınlarının cızılmaması, hər hansı zədə almaması və ya çirklənməməsini təşkil və nəzarət edilməsi
  • Təmir məntəqəsinin daxilində təşkil olunmuş kiçik anbara daxil olan və gündəlik istifadə olunan mal materialların qeydiyatını aparılmasını təşkil etmə və birbaşa rəhbərinə hesabat verilməsi
  • Təmir məntəqəsinin təmiz saxlanmasını və məntəqənin sıradan çıxmış bütün sahələrini vaxtında təmir edilməsini təşkil etmək
  • Avtoyükləyicilərə və texnikalara mütəmadi baxışın keçirilməsinin təşkil edilməsi, daima istifadəyə yararlı halda olmasına nəzarət etmək
  • İllik tələb olunan ehtiyat hissələrinin təyin edilməsi və sifariş edilməsi

CV-nizi müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə, email  ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaq.

İşəgötürənin reytinqi