Sürücü

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 23.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Sürücülük vəsiqəsi (BC kateqoriyası, mexaniki sürət qutusu və yük avtomobilini idarə edə bilən);
  • Orta və ya Ali təhsil;
  • Bakı şəhərini yaxşı tanımalı;
  • Sürücülük üzrə ən azı 3 il və daha çox iş təcrübəsi;
  • İşində dəqiq və məsuliyyətli olmalı;
  • Yol hərəkəti qaydalarını yaxşı bilməli və riayət etməli.

        Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən təmin edilən nəqliyyat vasitəsi ilə marşrut xəttini düzgün tərtib etmək, malların vaxtında çatdırılmasını təşkil etmək üçün müəyyən bacarığa sahib olmaq;
  • Malların təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək;
  • Yükə aid olan sənədlərin zamanında toplanmasını, müştərilər tərəfindən imzalanmasını və audit şöbəsinə təhfil verilməsini təmin etmək;
  • İstifadə etdiyi nəqliyyat vasitəsini yol hərəkəti qaydalarına uyğun qaydada düzgün, o cümlədən səliqəli istismar etməli;
  • Yük maşınını nəzarətsiz qoymamaq və ehtiyac yaranarsa, avtomobilin təhlükəsizliyi təmin ediləcək dayanacaqlarda saxlamaq;
  • Nəqliyyat vasitəsinin təmizliyinə, texniki baxışına daimi nəzarət etmək.

       İş şəraiti: 

  • İş vaxtı: 6 günlük iş rejimi;
  • İş yeri: Xırdalan şəhəri;
  • Yaş həddi: 23-45
  • Əmək haqqı: 650 AZN + bonus.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sürücü” yazaraq ünvanına göndərilməsi xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.