Rəqəmsal Marketinq üzrə Bölmə Rəhbəri

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 23.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Rəqəmsal marketinq fəaliyyəti üzrə bazar araşdırması, rəqib analizi;
  • Marketinq kommunikasiyaları strategiyasının formalaşdırılmasında iştirak;
  • Yeni kommunikasiya kanallarının araşdırılması və inteqrasiyası;
  • Rəqəmsal kanallar vasitəsilə şirkət brendinin, xidmət və məhsullarının potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək;
  • Rəqəmsal marketinq strategiyasının və büdcənin hazırlanması, idarə edilməsi;
  • Kampaniyalar, həmçinin komanda fəaliyyəti ilə bağlı KPI-ların təyin və təqib edilməsi;
  • Təstiqlənmiş büdcə daxilində, satışın artırılmasına yönəlmiş rəqəmsal reklam kampaniyalarını yerləşdirilmək, optimallaşdırmaq, hədəflərə əsasən qiymətləndirmək (ROMI, ROAS, ROI və s.);
  • Saytın/saytların texniki təhlili, meta teqlər, açar sözlərin araşdırılması və link təhlili də daxil olmaqla SEO işlərinin həyata keçirilməsi;
  • GA4, Tag Manager və Optimization Pixels, Hotjar kimi veb analitika alətlərinin konfiqurasiyası;
  • Əməkdaşlıq üçün rəqəmsal, kreativ və media agentliklərinin araşdırılması, işlərin koordinasiyası;

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil (Marketinq, iqtisadiyyat, biznes, maliyyə üstünlükür);
  • Rəqəmsal marketinq sahəsində minimum 5 il, rəhbər pozisiyada 2 ildən az olmayan iş təcrübəsi;
  • Google Analytics, Google Ads, Tag Manager, Meta Ads, YouTube ads, SEO alətləri, Semrush, Ahrefs, Yandex Metrica, Google Search Console, HubSpot və s. istifadə bacarıqları;
  • ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
  • E-mail marketinqin aparılması üzrə təcrübə;
  • Tapşırıqların idarə olunması və CRM üzrə alət və proqramlarla işləmə bacarığı (Bitrix)
  • Güclü analitik bacarıqlar və təhlillərə əsaslanan düşüncə tərzi;
  • Komandada işləmə, həmçinin sərbəst qərarvermə bacarığı;

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. 
  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

CV-lərinizi ünvanına "Rəqəmsal Marketinq üzrə Bölmə Rəhbəri" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

İşəgötürənin reytinqi