İşin təsviri
İş barədə:
- Şirkətə məxsus ərazilərin təmizlik işlərinin görülməsi, sanitariya və gigiyenik cəhətdən tam təmiz saxlanılması
- Döşəmənin süpürülməsi və yuyulması
- Pəncərə və qapıları yuyulub təmizlənməsi
- Şüşələrin silinməsi
- Sanitar qovşaqlarının qrafik üzrə təmizlənməsi
- Mebel və avadanlıqların tozunun alıması
- Mətbəxin, mətbəx avadanlıqları və əşyalarının təmizliyinin təmin olunması, qabların yuyulması
- Çayın hazırlanması, rəhbər heyətə və qonaqlara çay xidmətinin göstərilməsi
- Təmiz xidməti üzrə şirkət əməkdaşlarının dəstəklənməsi
- Rəhbərlik tərəfindən həvalə olunmuş vəzifəsinə uyğun digər işlərin icrası
- Təmizlik işlərinin aparıldığı sahələrdə şirkət əmlakına zərər vurmaqdan qaçınmaq, istismar və təhlükəsizlik qaydalarına həsasas yanaşmaq, təlimatlara riayət etmək, bilmədiyi (şübhə ilə yanaşdığı) hallarda rəhbərlikdən soruşmaq
- Ona təhkim olunmuş təmizlik vasitələri və avadanlıqlarının istismarına həssas yanaşmaq, təmizlik vasitələri ilə işləmə təlimatına riayət etmək
- Təmizlik və sanitariya qaydalarının pozulması halları (o cümlədən şirkət işçiləri tərəfindən pozularsa) haqqında rəhbərliyə məlumat vermək
- Əmək və icra intizamının, sanitariya qaydalarının, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət etmək
- Şirkətin kommersiya sirri hesab olunan, o cümlədən şirkət heyəti və pasiyentlər haqqında məlumatları yaymamaq
- 6 günlük iş qrafiki
- Əmək müqaviləsi üzrə işə qəbul
- Əmək haqqı: 400-500 azn
Namizədə tələblər:
- Əlaqədar sahədə ən az 3 il iş təcrübəsi
- Korporativ mühitdə çalışmış şəxslərə üstünlük verilcək
- Şəxsı̇ gı̇gı̇yena və sanı̇tar normalara rı̇ayət
- Sanitariya və gigiyena normaları və qaydaları haqqında bilik
- Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair bilk arzu olunandır
- Təmizliyə və səliqəyə xüsusi həssaslıq
- Kollektivdə və komandada işləmə qabiliyyəti
- Müştəriyönümlülük və işinə məsuliyyətli yanaşma
Tələblərə uyğun şəxslər e-mail ünvanına CV-lərini göndərə bilər və ya CV doldurmaq üçün həftənin I-VI günləri saat 09:00-19:00 Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 34 ünvanında yerləşən Swissdent klinikasının ofisinə müraciət edə bilərlər.